Dodo Azərbaycan futbolunun tarixinə düşüb

Dodo Azərbaycan futbolunun tarixinə düşüb 29 yaşlı futbolçu 8-ci saniyədə rəqib qapısına yol tapıb
Futbol
4 Oktyabr , 2015 22:14
Dodo Azərbaycan futbolunun tarixinə düşüb

Qəbələ. 4 oktyabr. REPORT.AZ/ "Qəbələ"nin braziliyalı futbolçusu Dodo Azərbaycan futbolunun tarixinə düşüb. "Report"un məlumatına görə, braziliyalı futbolçu buna erkən qol vurmaqla nail olub.

29 yaşlı futbolçu Azərbaycan Premyer Liqasının VII turunda "Xəzər Lənkəran"la oyunda 8-ci saniyədə rəqib qapısına yol tapıb.

Qeyd edək ki, hazırda "Qəbələ" - "Xəzər Lənkəran" oyununda meydan sahibləri 2:0 hesabı ilə qalib gəlir.

Son xəbərlər

Orphus sistemi