"Dnepr" klubu "Qarabağ"a iki qol vuran hücumçusu ilə müqaviləni uzadıb

"Dnepr" klubu "Qarabağ"a iki qol vuran hücumçusu ilə müqaviləni uzadıb Nikola Kaliniçdən başqa İvan Striniç də yeni sövdələşməyə razılaşıb
Futbol
12 Noyabr , 2014 09:40
Dnepr klubu Qarabağa iki qol vuran hücumçusu ilə müqaviləni uzadıb

Bakı. 12 noyabr. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubu Avropa Liqasının Bakıdakı matçında Azərbaycan təmsilçisi "Qarabağ"ı məyus etmiş futbolçu Nikola Kaliniçlə müqaviləni uzadıb. "Report"un məlumatına görə, xorvatiyalı hücumçu ilə 2019-cu ilədək razılıq əldə olunub. 

26 yaşlı hücumçu "Ukrainskiy futbol"a açıqlamasında bildirib ki, klub rəhbərliyi ona konkret təkliflə müraciət edib: "Agentimlə birgə təklifi nəzərdən keçirdik və qərara aldıq ki, "Dnepr"də qalım. Şərtlərlə tam razıyam və qərar verərkən, çox düşünmədik. Hər şey əlavə sualsız baş verdi. Təklif gəldi və imzaladım".

"Dnepr"in xorvatiyalı yarımmüdafiəçisi İvan Striniç də müqaviləsini uzatmağa razılaşıb. Yeni anlaşmanın müddəti məlum olmasa da, 27 yaşlı yarımmüdafiəçinin gələn yay komandanı tərk etməyəcəyi dəqiqdir. Daha öncə agenti Tonçi Martiç Striniçə İtaliya "Milan"ından təklif gəldiyini açıqlayıb. Xorvatiya yığmasının oyunçusu ötən yay İngiltərə "Vest Hem"inə keçməyə yaxın olub. Lakin sövdələşmə son anda pozulub. 

Qeyd edək ki, Nikita Kaliniç noyabrın 6-da Tofiq Bəhramov adına Respublika stadionunda keçirilmiş qarşılaşmada "Dnepr"in 2:1 hesablı qələbəsində böyük pay sahibi olub. O, 15-ci və 73-cü dəqiqələrdə vurduğu qollarla "dubl" edərək, komandasının Avropa Liqasında növbəti mərhələ şanslarını artırıb. Ümumilikdə Kaliniç bu mövsüm 11 oyuna 6 qol vurub. İvan Striniç isə "Qarabağ"la matçın ilk yarısını meydanda keçirib. 

Son xəbərlər

Orphus sistemi