"Dnepr"in "Napoli"nin qapısına vurduğu qol böyük qalmaqala səbəb olub

"Dnepr"in "Napoli"nin qapısına vurduğu qol böyük qalmaqala səbəb olub Rafael Benites hesab edir ki, qol oyundankənar vəziyyətdə vurulub
Futbol
8 May , 2015 08:28
Dneprin Napolinin qapısına vurduğu qol böyük qalmaqala səbəb olub

Bakı. 8 may. REPORT.AZ/ Avropa Liqasında İtaliya "Napoli"si ilə Ukrayna "Dnepr"i arasında keçirilən ilk yarımfinal matçında qonaqların vurduğu qol böyük qalmaqala səbəb olub. "Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Rafael Benites "Dnepr"in ofsayddan fərqləndiyini bildirib.

Benites deyib ki, oyundankənar vəziyyət açıq-aşkar görünüb. Onun fikrincə, sona 10 dəqiqə qalmış Yevgeni Seleznyovun vurduğu mübahisəli qol yarımfinaldakı vəziyyəti tam dəyişib. Lakin təcrübəli mütəxəssis heç vaxt şikayətlənməyəcəklərini və Kiyevdə keçiriləcək cavab oyununa köklənməli olduqlarını vurğulayıb.

Klub prezidenti Aurelio De Laurentis isə UEFA rəhbərliyini və hakimliyi tənqid edib: "Mən tam heyrət içindəyəm. Bu, təmiz ofsayd idi. Onlar tam faydasız turnirə önəm vermək istəyirlər. Biz isə burada ona görə oynayırıq ki, Çempionlar Liqasında yer qazanmaq imkanı verib. Yarımfinal oyununa 6 hakim təyin olunsa da, onlar matçı nəzarətdə saxlaya bilmirlər. Mişel Platini özünün Nyondakı qaranlıq otağında bu barədə düşünməlidir. Bəlkə də istefa verməlidir. Mən öz futbolçularımızı tənqid edə bilmərəm. Onlar bütün güclərini ortaya qoydular. Amma hakimlər "Dnepr"in tərəfindədirlərsə, bu, o deməkdir ki, "Napoli" bəzilərini narahat edir və Avropa Liqasını yenidən "Sevilya" qazanmalıdır. Çempionlar Liqasında Nikola Ritsoli çalışır, bizim oyunu isə Sveyn Oddvar Moen idarə edir. Kimdir o? Siz nə vaxtsa onun barəsində eşitmisinizmi? Cənab Platini, vəziyyətin yaxşılaşması üçün dua edin".

Qeyd edək ki, cavab görüşü mayın 14-də keçiriləcək.

Son xəbərlər

Orphus sistemi