"Dnepr"in futbolçusu: "Qarabağ"la Bakıdakı oyundan mütləq qələbə ilə dönməliyik"

"Dnepr"in futbolçusu: "Qarabağ"la Bakıdakı oyundan mütləq qələbə ilə dönməliyik" Artyom Fedetski: "İlk görüşdə Kiyevdə uduzmağımız rəqibin bizdən güclü olması anlamına gəlmir"
Futbol
3 Noyabr , 2014 10:39
Dneprin futbolçusu: Qarabağla Bakıdakı oyundan mütləq qələbə ilə dönməliyik
Bakı. 3 noyabr. REPORT.AZ/ "Artıq bütün diqqətimizi Avropa Liqasına yönəltmişik. "Qarabağ"la səfər oyununa yollanırıq. Bakıya yalnız qələbə qazanmaq məqsədi ilə gedirik". "Report"un məlumatına görə, bu sözləri noyabrın 6-da futbol üzrə Avropa Liqasında "Qarabağ"ın qonağı olacaq Ukrayna "Dnepr"inin futbolçusu Artyom Fedetski klubun rəsmi saytına açıqlamasında deyib.

Təcrübəli müdafiəçi Ukrayna Premyer Liqası çərçivəsində noyabrın 2-də Kiyev "Dinamo"suna 0:3 hesablı məğlubiyyətin Azərbaycanda onlara problem yaratmayacağını düşünür: "Biz növbəti mərhələ şansımızı qorumaq istəyiriksə, mütləq Bakıdan qələbə ilə dönməliyik. İlk görüşdə Kiyevdə uduzmağımız "Qarabağ"ın bizdən güclü olması anlamına gəlmir. Heç kim məğlubiyyəti sevmir. Amma futbolda bu da var".

Qeyd edək ki, oktyabrın 23-də Kiyevdə keçirilmiş "Dnepr" - "Qarabağ" oyununda Azərbaycan təmsilçisi qələbə qazanıb - 1:0. 

Son xəbərlər

Orphus sistemi