"Dnepr"in futbolçusu: "Baş hakim "Qarabağ"ın tərtəmiz qolunu ləğv edib"

"Dnepr"in futbolçusu: "Baş hakim "Qarabağ"ın tərtəmiz qolunu ləğv edib" Ukraynanın "Dnepr" klubunun futbolçusu Sergey Kravçenko Avropa Liqasının VI turunda
Futbol
12 Dekabr , 2014 11:26
Dneprin futbolçusu: Baş hakim Qarabağın tərtəmiz qolunu ləğv edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun futbolçusu Sergey Kravçenko Avropa Liqasının VI turunda Fransa "Sent-Etyen"i üzərində 1:0 hesablı qələbə qazandıqları görüşdən sonra Azərbaycanın "Qarabağ" komandasının İtaliya "İnter"inin qapısından təmiz qol keçirdiyini bildirib. "Report"un məlumatına görə, 31 yaşlı yarımmüdafiəçi qolun baş hakim tərəfindən səhvən ləğv olunduğunu açıqlayıb. 

"Öz oyunumuz başa çatdıqdan sonra kimsə mənə dedi ki, Azərbaycanda oyun hələ də davam edir. Ona görə biz hələ sevinmirdik. Amma "Qarabağ" - "İnter" oyununun 0:0 hesablı heç-heçə ilə nəticələndiyini elan etdikdə sevincimizin həddi-hüdudu yox idi. "İnter"in köməyinə ümid etmirdik. İlk növbədə, öz qələbəmizə ümid edirdik, sonra isə Allahın qismətinə. Bəxtimiz gətirdi. Axı, "Qarabağ" tər-təmiz qol vurdu. Hətta qolun nəyə görə sayılmadığını bilmirəm. Əvvəllər bəxtimiz gətirməmişdi. "İnter" və "Sent-Etyen"lə qarşılaşmalarda penaltini vura bilmədik. Bu dəfə isə cüzi nəsə qayıtdı. Hamımız şadıq".

Qeyd edək ki, Sergey Kravçenko vaxtilə "Qarabağ"da da çıxış edib.  

Son xəbərlər

Orphus sistemi