"Dnepr"in baş məşqçisi "Qarabağ"ın qolunu eşitdikdə özünü təhqir olunmuş hesab edib

"Dnepr"in baş məşqçisi "Qarabağ"ın qolunu eşitdikdə özünü təhqir olunmuş hesab edib Miron Markeviç "İnter" klubuna minnətdarlığını bildirib
Futbol
12 Dekabr , 2014 12:20
Dneprin baş məşqçisi Qarabağın qolunu eşitdikdə özünü təhqir olunmuş hesab edib

Bakı. 12 dekabr. REPORT.AZ/ Ukraynanın "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç futbol üzrə Avropa Liqasının qrup mərhələsinin son turunda İtaliya "İnter"i ilə matçda Azərbaycanın "Qarabağ" komandasının sayılmayan qolu ilə bağlı fikirlərini bölüşüb. "Report"un məlumatına görə, təcrübəli mütəxəssis "Qarabağ"ın qol vurduğunu eşitdikdə özünü təhqir olunmuş saydığını bildirib. 

Lakin o, sonradan emosiyalarının tam fərqli olduğunu vurğulayıb. Markeviç "İnter"in futbolçularına təşəkkür etməyi də unutmayıb: "Onlar yaxşı oynadılar və əsl peşəkarlıq göstərdilər. Baxmayaraq ki, nəticə "İnter" üçün vacib deyildi". 

Qeyd edək ki, "Dnepr" məhz "Qarabağ"ın sayılmayan qolu və Fransa "Sent-Etyen"i üzərində 1:0 hesablı qələbə sayəsində mərhələ adlayıb. 

Son xəbərlər

Orphus sistemi