​Dmitri Nazarov: "Azərbaycanda mənə inam var" - MÜSAHİBƏ

​Dmitri Nazarov: "Azərbaycanda mənə inam var" - MÜSAHİBƏ "İndiyədək Azərbaycan millisi ilə qələbə qazanmamışam"
Futbol
25 Mart , 2015 19:54
​Dmitri Nazarov: Azərbaycanda mənə inam var - MÜSAHİBƏ

Bakı. 25 mart. REPORT.AZ/ Azərbaycan milli komandasının futbolçusu Dmitri Nazarov yığmanın bugünkü açıq məşqindən öncə brifinq keçirib. "Report" həmin müsahibəni təqdim edir...

- Hazırlıq prosesi ilə bağlı fikirlərinizi bildirərdiniz..

- Mənim üçün hazırlıq həftənin ilk günündən başlayıb. Klubda oyun olduğundan düşərgəyə bir az gec qoşuldum. Komandada istək böyükdür və hamımız məşqlərdə yaxşı iştirak edirik. İndiyədək Azərbaycan millisi ilə qələbə qazanmamışam. Əgər məşqləri bu cür davam etdirsək, Malta ilə oyunda qələbə bizim olacaq.

- Rəqib haqda hansısa məlumatınız var?

- Dünən qısaca olaraq rəqib haqda danışdıq. Orada bir neçə futbolçunu tanıyıram. Ancaq mənə maraqlı deyil ki, onlar hansı heyətlə gələcəklər. Əsas odur ki, biz öz oyunumuzu oynayaq və azarkeşləri sevindirək. Sonda 3 xalı Bakıda saxlamalıyıq.

- Yığma komandaya Berti Foqtsun vaxtında dəvət olunmusunuz. Robert Prosineçki tərəfindən dəvət olunacağınızı gözləyirdiniz?

- Məndə belə fikir olmayıb. Çünki milliyə dəvət olunanda əlimdən gələni etmişəm. Prosineçkinin məni dəvət etməsi onu göstərir ki, Azərbaycanda mənə inam var. Çalışacağam ki, bu inamı doğruldum.

- Robert Prosineçki haqda məlumatınız vardı?

- Bilirdim ki, o keçmişdə güclü futbolçu olub. hətta mənim mövqeyimdə - hücumameylli futbol oynayırdı. O vaxtı mən uşaq idim, ancaq onun haqda məlumatım var idi.

- Almaniya futboluna bələdsiniz. Emil Balayevin "Ayntraxt"da əsas heyətə düşmək şansı var?

- Emil potensiallı qapıçıdır. Düzdür, "Ayntraxt"ın əsas qapıçısı heç də zəif deyil, amma Emil də zəif qapıçı deyil. İnanıram ki, hər şey yaxşı olacaq.

Son xəbərlər

Orphus sistemi