​"Dinamo"nun baş məşqçisi: "Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu"

​"Dinamo"nun baş məşqçisi: "Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu" "İki görüşdə də əks hücumda oynayıb qələbə qazanmağa çalışdıq"
Futbol
9 İyul , 2015 23:28
​Dinamonun baş məşqçisi: Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu

Bakı. 9 İyul. REPORT.AZ/ "İlk növbədə "Qəbələ"ni təbrik etmək istəyirik. Hər iki oyunda 10 nəfərlə oynamaq çox çətin oldu".

"Report" xəbər verir ki, bunu Gürcüstanın "Dinamo" klubunun baş məşqçisi Giya Qequçadze bildirib.

"İki görüşdə də əks hücumda oynayıb qələbə qazanmağa çalışdıq. İndiyədək heç vaxt hakimin idarəçilyinə şərh verməmişəm. Bu dəfə də elə edəcəyəm. Çünki baş verənlər artıq arxada qalıb", - deyə gürcü məşqçi əlavə edib.

Son xəbərlər

Orphus sistemi