David Trezeqenin Bakıya gəlmə səbəbi məlum olub

David Trezeqenin Bakıya gəlmə səbəbi məlum olub Əfsanəvi futbolçu "Yuventus" nümayəndəsi ilə birgə gəlir
Futbol
10 Mart , 2016 17:49
David Trezeqenin Bakıya gəlmə səbəbi məlum olub

Bakı. 10 mart. REPORT.AZ/ İtaliyanın "Yuventus" klubunun səfiri kimi fəaliyyət göstərən fransalı sabiq futbolçu David Trezeqenin Bakıya gəlmə səbəbi məlum olub. Klubun Azərbaycanda fəaliyyət göstərən rəsmi fan-klubunun vitse-prezidenti Nicat Tağıyev "Report"a açıqlamasında sabiq futbolçunun "Juventus Camp"ın Azərbaycandakı fəaliyyəti ilə bağlı Bakıya gəldiyini bildirib.

Səfər "Juventus Club"un layihəsi çərçivəsində "Ju Azerbaijan" şirkətinin təşkilatçılığı ilə həyata keçirilir.

N.Tağıyevin sözlərinə görə, Trezeqedən əlavə, "Yuventus" Futbol Məktəbinin biznesin inkişafı üzrə mütəxəssis Karolina Çiappero da paytaxta gələn qonaqlar sırasındadır. Bu məqsədlə martın 11-də Bakı Olimpiya Stadionunda konfrans keçiriləcək. Konfransda AFFA-nın baş katibi Elxan Məmmədov da iştirak edəcək.

Bundan sonra azarkeşlərlə görüş təşkil olunacaq. Görüşdə fan-klub rəhbərləri və Turin klubunun nümayəndələri iştirak edəcəklər.

Son xəbərlər

Orphus sistemi