Dani Kintana: "Bizi "Düdelanj"la iki çətin oyun gözləyir"

Dani Kintana: "Bizi "Düdelanj"la iki çətin oyun gözləyir" "Avrokuboklarda oynamaq "Qarabağ" üçün çox vacibdir"
Futbol
22 İyun , 2016 11:59
Dani Kintana: Bizi Düdelanjla iki çətin oyun gözləyir

Bakı. 22 iyun. REPORT.AZ/ "Məşqlərimiz ağır keçir, 20 gündən çox müddətdə davam edəcək təlim-məşq toplanışına ehtiyacımız var idi. Bütün fikrimizlə məşqlərə köklənmişik. Daha çox fiziki və toplu çalışmalara üstünlük veririk. Bir neçə yoxlama matçımız da olacaq". "Report"un məlumatına görə, bunu "Qarabağ"ın futbolçusu Dani Kintana klubun rəsmi saytına açıqlamasında komandanın Avstriya toplanışını dəyərləndirərkən deyib.

Hazırlığın normal keçdiyini söyləyən ispaniyalı yarımmüdafiəçi Çempionlar Liqasının II təsnifat mərhələsində qarşılaşacaqları Lüksemburqun "Düdelanj" komandası haqda məlumatlı olmadığını bildirib: "Düzü, rəqib haqda məlumatım yoxdur. Onların bəzi oyunlarına baxmalı və futbolçuları haqda daha çox məlumata sahib olmalıyıq. Bu mövsüm də Avropada əlimizdən gələnin ən yaxşısını etməyə və mərhələni keçməyə çalışacağıq. Avrokuboklarda oynamaq bizim üçün çox vacibdir".

Azərbaycan Premyer Liqasında 15 qolla bombardir olmuş 29 yaşlı futbolçu Azərbaycan təmsilçisini çətin oyunun gözlədiyini söyləyib: "Düdelanj" həm ölkə çempionatının, həm də kubokun qalibidirsə, deməli, güclü rəqibdir. Bizim üçün çox çətin mərhələ olacaq. Necə ki, keçən il bunu Monteneqro təmsilçisi "Rudar"la oyunda yaşadıq. Həm səfər, həm də evdə bizi ağır oyun gözləyir. Rəqibə hömətlə yanaşırıq. Əlimizdən gələni edəcəyik ki, növbəti mərhələyə yüksələk".

Qeyd edək ki, "Qarabağ"la "Düdelanj" arasındakı ilk oyun iyulun 12-də Bakıda, cavab matçı isə bundan bir həftə sonra olacaq. 

Son xəbərlər

Orphus sistemi