​Qondarma "Dağlıq Qarabağ Respublikası" Avropa çempionatında iştirak edəcək

​Qondarma "Dağlıq Qarabağ Respublikası" Avropa çempionatında iştirak edəcək Turnir Müstəqil Futbol Assosiasiyaları Konfederasiyası tərəfindən təşkil olunacaq
Futbol
8 Yanvar , 2015 00:54
​Qondarma Dağlıq Qarabağ Respublikası Avropa çempionatında iştirak edəcək

Bakı. 8 yanvar. REPORT.AZ/ Qondarma "Dağlıq Qarabağ Respublikası" Müstəqil Futbol Assosiasiyaları Konfederasiyasının (ConIFA) təşkil etdiyi tanınmamış yığma komandalar arasında ilk Avropa çempionatında iştirak edəcək.

"Report" Konfederasiyanın rəsmi saytına istinadən xəbər verir ki, çempionatda ümumilikdə 12 komanda iştirak edəcək.

Siyahıda, həmçinin Abxaziya, Cənubi Osetiya, Ellan Vannin, Oksitaniya, Laplandiya, Nitsa, Şimali Kipr, qaraçılar yığması (Almaniyanın aşağı liqalarında çıxış edən qaraçı futbolçulardan ibarət komanda), Rumıniya macarları yığması və Frankoniya və Padaniyanın adı var.

Yarış 2015-ci ilin iyun ayında Böyük Britaniyanın Men adasında keçiriləcək.Turnirin püşkatması fevral ayında baş tutacaq.

Qeyd edək ki, turnir qeyri-rəsmi xarakter daşıyır.

Son xəbərlər

Orphus sistemi