Dağıstanda 20 yaşlı futbolçu güllələnib

Dağıstanda 20 yaşlı futbolçu güllələnib Həsən Maqomedov avtomobilinin atəşə tutulması nəticəsində keçinib
Futbol
5 Yanvar , 2015 04:19
Dağıstanda 20 yaşlı futbolçu güllələnib
Bakı. 5 yanvar. REPORT.AZ/ Mahaçqalanın "Anji-2" klubunun futbolçusu Həsən Maqomedov yanvarın 4-də Dağıstanda, Novokuli kəndi yaxınlığında avtomobilinin atəşə tutulması nəticəsində ölüb.

"Report" xəbər verir ki, bu barədə klubun rəsmi internet səhifəsində məlumat verilib.

"Biz Həsəni özünə əziz bilən hər kəslə kədər içindəyik. Ümid edirəm ki, hüquq-mühafizə orqanları qatili tapıb layiqli cəzasını verəcəklər", - deyə "Anji"nin baş direktoru Sergey Korablev bildirib.

Faktla bağlı cinayət işi qaldırılıb.

Son xəbərlər

Orphus sistemi