​"Daçiya"nın baş məşqçisi: "Rəqibdən çəkinmirəm, rəqib bizdən çəkinsin"

​"Daçiya"nın baş məşqçisi: "Rəqibdən çəkinmirəm, rəqib bizdən çəkinsin" "Nə baş verəcəyini özünüz görəcəksiniz"
Futbol
27 İyun , 2016 22:58
​Daçiyanın baş məşqçisi: Rəqibdən çəkinmirəm, rəqib bizdən çəkinsin

Bakı. 27 iyun. REPORT.AZ/ "Belə gözəl şəhərdə olmaqdan çox şadam. Oyun olduqca çətin olacaq. Nə baş verəcəyini özünüz görəcəksiniz".

"Report"un məlumatına görə, bunu Moldova "Daçiya"sının baş məşqçisi Oleq Bejenar "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunu öncəsi mətbuat konfransında deyib.

O, daha sonra jurnalistlərin suallarını cavablandırıb:

"Kəpəz" haqqında nə bilirsiniz?

- Biz rəqibin bir neçə oyununa baxmışıq. Rəqib fiziki cəhətdən çox güclüdür.

Hansı oyunları izləmisiniz?

- Çempionatdakı oyunlara baxmışam. Bilirəm ki, ən azı 3 oyunçu dəyişikliyi baş verib. Son təlim-məşq toplanışındakı "Bakı" ilə oyunu nümayəndəmiz izləyib. Rəqib həvəskar komanda təsiri bağışlayırdı.

Hədəfiniz nədir?

- Biz bütün oyunlarda qələbə üçün çıxış edirik. Klub prezidentimizi qələbədən başqa heç nə qane etmir. Sabahkı oyunda nəticədən asılı olmayaraq, növbəti mərhələyə vəsiqənin taleyi cavab görüşündə məlum olacaq.

Azərbaycanda çıxış etmiş Vadim Borets, Aleksey Savinovdan məlumat toplamısınız?

- Onlardan yox, başqa futbolçudan məlumat almışıq. Amma adını çəkməmişik.

Xarici görünüşcə qafqazlıya bənzəyirsiniz...

- Xeyr, təəssüf ki, qafqazlı köklərim yoxdur. Təmiz moldovanam. Bolqar, ukraynalı köklərim var.

Start heyətini açıqlaya bilərsiniz?

- Heyəti müəyyənləşdirmişəm. Amma açıqlaya bilmərəm. Rəqibdən çəkinmirəm, rəqib bizdən çəkinsin. Heyəti sabah özünüz görəcəksiniz.

Stadionu gördükdə sizdə Azərbaycan futbolu haqda hansı fikirlər formalaşdı?

- Gördüklərimdən təəccüblənmədim. Azərbaycan inkişaf edir. O cümlədən, futbolu da.

Son xəbərlər

Orphus sistemi