​"Daçiya" klubunun meneceri: "Kəpəz"lə əsl döyüşün olacağına təminat verə bilərəm"

​"Daçiya" klubunun meneceri: "Kəpəz"lə əsl döyüşün olacağına təminat verə bilərəm" Adlan Şişxanov: "Stadionu sizin üçün cəhənnəmə çevirəcəyik"
Futbol
6 İyul , 2016 16:17
​Daçiya klubunun meneceri: Kəpəzlə əsl döyüşün olacağına təminat verə bilərəm

Kişineu. 6 iyul. REPORT.AZ/ Moldova "Daçiya"sının meneceri Adlan Şişxanov "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin cavab görüşü öncəsi mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, inquşetiyalı klub funksioneri əvvəlcə oyun barədə danışıb...

- Bizi cavab görüşü gözləyir. Əla bilirik ki, iki oyunun nəticəsi əsas götürülür. Oyunun önəmini yaxşı anlayırıq və görüşə hazırıq.

- Rəqibin yenə eyni taktika ilə çıxış edəcəyini düşünmürsünüz?

- Rəqibin taktikası məni əsla maraqlandırmır. "Kəpəz"lə əsl döyüşün olacağına təminat verə bilərəm.

- "Kəpəz"in məşqə getmək istəməməsi barədə nə düşünürsünüz?

- Moldovanın ərazisi cəmi 33 min kvadrat kilometrdir. "Kəpəz" getməməyi qərara alıbsa, öz işidir. Komandanın öz baş məşqçisi var.

- Sizə təxribatçı suallar verirlər. Siz də eyni ruhda cavablandırırsınız...

- Xeyr, təxribatçı sualları Bakıda sizin jurnalistlər verirdilər. Üzlərində də heç bir təəccüb işarəsi görünmürdü. Mən isə özümə təqdim olunan açıqlamalar əsasında danışıram. Siz Bakıda Formula 1 keçirirsiniz, biz isə sizin üçün Kişineudan Speyaya Dakar rallisi təşkil edəcəyik. Oradakı stadionu sizin üçün cəhənnəmə çevirəcəyik. Stadion çox qaynar olacaq.

- "Kəpəz"lə oyun öncəsi vəzifə dəyişikliyiniz nə ilə bağlı idi: Yenə texniki zonada durmaq üçünmü?

- Xeyr, bizdə struktur dəyişikliyi çoxdan edilib. Mən Moldova çempionatının oyunlarında da texniki zonada dururdum. Sizin ola bilsin xəbəriniz yoxdur, amma struktur dəyişikliyi yenicə tam rəsmiləşib. Ona görə də "Kəpəz"lə cavab görüşündə mən menecer kimi texniki zonada yer alacağam.

- Burada sizin yerinizə baş məşqçi olsaydı, belə hörmətsiz fikirlər səsləndirərdi?

- Bu gün sualları mən cavablandırıram. İndi Oleq Bejenarın özü xəstələnib. Qalsanız, iki gündən sonra sizi onlarla görüşdürərəm və o da eyni sözləri təkrarlayar. Biz döyüşə hazırlaşırıq. Növbəti mərhələyə köklənmişik. Heç bir planımız dəyişməyib.

Son xəbərlər

Orphus sistemi