​"Daçiya"ın baş məşqçisi Oleq Bejenar: " Gözlədiyimiz kimi ağır oldu"

​"Daçiya"ın baş məşqçisi Oleq Bejenar: " Gözlədiyimiz kimi ağır oldu" 45 yaşlı mütəxəssis oyun barədə fikirlərini bölüşüb
Futbol
28 İyun , 2016 22:27
​Daçiyaın baş məşqçisi Oleq Bejenar:  Gözlədiyimiz kimi ağır oldu

Bakı. 28 iyun. REPORT.AZ/ Moldova "Daçiya"sının baş məşqçisi Oleq Bejenar "Kəpəz"lə Avropa Liqasının I təsnifat mərhələsinin ilk oyunundan sonra mətbuat konfransı keçirib. "Report"un məlumatına görə, 45 yaşlı mütəxəssis əvvəlcə oyun barədə fikirlərini bölüşüb:

- Gözlədiyimiz kimi ağır oldu. İlk hissədə bir qədər həyəcanlı olsaq da fasilədən sonra özümüzə gəldik. "Kəpəz" çox yaxşı komandadır, artıq rəqibə bələdik. İkinci oyuna daha hazırlıqlı çıxacağıq.

- Bu gün siz ehtiyat oyunçular skamyasında gördük.

- Mən bu suala cavab vermək istəyirəm. Mətbuat katibi müdaxilə edir: Adlan Şişxanovun ehtiyat oyunçular skamyasında olmağa hüququ var. O da bundan istifadə edirdi. Başqa sualınız varsa, cavablandıra bilərik.

- Çempionat oyunlarında da göstərişi Şişxanov verir?

- Mən bu suala cavab verməyəcəyəm.

- Bunu özünüzə qarşı hörmətsizlik kimi qiymətləndirmirsiniz?

- Mən istəməzdim ki, buna belə münasibət göstərəsiniz. Bunu özümə qarşı hörmətsizlik kimi dəyərləndirsəydim, komandada işləməzdim.

- Öncədən daha güclü "Daçiya" gözləyirdik. Bu, əsl "Daçiya" idi, yoxsa komandanız öz oyununu göstərmədi?

- Nəyə görə sizdə belə fikir yaranıb. Komandamızda yeni oyunçular bir-birinə uyğunlaşmayıblar. 20 gündür bir yerdədirlər. Cavab oyununda başqa komanda görəcəksiniz.

Son xəbərlər

Orphus sistemi