​Çumbinyo: "Oyunboyu üzərimdə hər hansı bir təzyiq yox idi"

​Çumbinyo: "Oyunboyu üzərimdə hər hansı bir təzyiq yox idi" "Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm"
Futbol
13 Oktyabr , 2015 17:48
​Çumbinyo: Oyunboyu üzərimdə hər hansı bir təzyiq yox idi

Bakı. 13 oktyabr. REPORT.AZ/ "Bir ildən çoxdur ki, meydana çıxmırdım. Oyun boyu üzərimdə hər hansı təzyiq yox idi". "Report"un məlumatına görə, bunu uzunmüddətli zədəsini başa vurduqdan sonra yaşıl meydanlara qayıdan "Qarabağ"ın futbolçusu Çumbinyo klubun saytına açıqlamasında deyib.

"Qəbələ" ilə yoldaşlıq oyununda forma geyinmiş braziliyalı yarımmüdafiəçi bildirib ki, görüş zamanı ayağında ağrı hiss edəcəyindən narahat olub: "Amma çox şükürlər olsun ki, ağrı hiss etmədim. Bu baxımdan hər şey yaxşı oldu. Ən qısa zamanda optimal formamı bərpa edib komandaya köməklik göstərmək istəyirəm".

Qeyd edək ki, Çumbinyo ötən il sentyabrın 16-da Avropa Liqasının qrup mərhələsinin ilk oyununda Fransa "Sent Etyen"i ilə qarşılaşmada zədələnərək yaşıl meydanlardan uzaq qalıb. 

Son xəbərlər

Orphus sistemi