​Kriştianu Ronaldu karyerasını ABŞ-da davam etdirəcək

​Kriştianu Ronaldu karyerasını ABŞ-da davam etdirəcək Bu barədə "Sport İllustrated" məlumat yayıb
Futbol
18 Mart , 2015 11:47
​Kriştianu Ronaldu karyerasını ABŞ-da davam etdirəcək

Bakı. 18 mart. REPORT.AZ/ İspaniyanın "Real Madrid" klubunun futbolçusu Kriştianu Ronaldunun gələcək planı müəyyənləşib. "Report"un "Sport İllustrated"ə istinadən verdiyi məlumata görə, portuqaliyalı ulduz karyerasını ABŞ-da davam etdirəcək.

Nəşr yarımmüdafiəçinin 2018-ci ildə MLS-də forma geyinəcəyini bildirib. 30 yaşlı futbolçu Rusiyada keçiriləcək dünya çempionatından dərhal sonra hərəkətə keçəcək. Okeanın o tayına üz tutacağı vaxt onun 33 yaşı olacaq.

Qeyd edək ki, buna qədər Devid Bekhem, Frenk Lempard və Stiven Cerrard da karyerasının son illərini MLS-də keçirməyə qərar verib. 

Son xəbərlər

Orphus sistemi