​Çingiz Abdullayev: "Əsgər Abdullayevə qarşıdakı oyunlarda da şans veriləcək"

​Çingiz Abdullayev: "Əsgər Abdullayevə qarşıdakı oyunlarda da şans veriləcək" "Yeni baş məşqçimiz qış fasiləsində tam müəyyənləşəcək"
Futbol
22 Noyabr , 2015 21:04
​Çingiz Abdullayev: Əsgər Abdullayevə qarşıdakı oyunlarda da şans veriləcək

Bakı. 22 noyabr. REPORT.AZ/ "Oyun haqda siz özünüz danışsanız məsləhətdir".

"Report"un məlumatına görə, bunu "Neftçi"nin Müşahidə Şurasının sədri Çingiz Abdullayev "Xəzər Lənkəran"ı səfərdə 2:0 hesabı ilə yendikləri Azərbaycan Premyer Liqasının XIII tur matçından sonra deyib.

Qələbəyə sadəcə sevindiyini bildirən Ç.Abdullayev qış fasiləsinədək flaqmanın baş məşqçi postunda Əsgər Abdullayevin çalışacağını açıqlayıb:

"Qələbə ilə başlamaq çox yaxşı oldu. Qarşıdakı oyunlarda nəticələrə baxıb qış fasiləsinədək qələbələri sıralamaq, yaxşı nəticə ilə yollanmaq istəyirik. Əsgər müəllim Müşahidə Şurası üzvlüyünü donduraraq, komandaya baş məşqçi kimi kömək edir. O, növbəti oyunlarda da baş məşqçi kimi davam edəcək. Samir Əliyev oxumağa getdiyindən, bu addımı atmalı idik. Yeni baş məşqçimiz qış fasiləsində tam müəyyənləşəcək".

Son xəbərlər

Orphus sistemi