Çexiya yığmasının kapitanı: "Azərbaycanla görüşdə üstün tərəf olacağımıza əminəm"

Çexiya yığmasının kapitanı: "Azərbaycanla görüşdə üstün tərəf olacağımıza əminəm" "Bu komanda Norveçi gözlənilmədən məğlub etdi"
Futbol
10 Oktyabr , 2016 10:17
Çexiya yığmasının kapitanı: Azərbaycanla görüşdə üstün tərəf olacağımıza əminəm

Bakı. 10 oktyabr. REPORT.AZ/ "İrəli getməliyik. Azərbaycanla oyunda qələbə qazanmaq istəyirik". "Report"un məlumatına görə, bunu 2018-ci il dünya çempionatının seçmə qrup mərhələsinin III turunda Azərbaycan millisi ilə qarşılaşacaq Çexiya yığmasının müdafiəçisi Marek Suxi yerli mətbuata açıqlamasında deyib.

Yığmanın kapitanı qarşıdakı iki oyunun vacibliyini bildirib: "Növbəti oyunlarımızda evdə Azərbaycan və Norveç millilərini qəbul edəcəyik. Bu görüşlər bizim üçün çox vacibdir. İstəyirik ki, maksimum xal götürək. Azərbaycan son görüşdə Norveçi gözlənilmədən məğlub etdi. Ancaq bu komanda ilə görüşdə üstün tərəf olacağımıza əminəm".

Qeyd edək ki, oktyabrın 11-də C qrupunda keçiriləcək Çexiya - Azərbaycan oyunu Bakı vaxtı ilə saat 22:45-də başlayacaq.

Son xəbərlər

Orphus sistemi