Çexiya yığmasının futbolçusu: "Rəqibin təzyiqi ilə üzləşirdik"

Çexiya yığmasının futbolçusu: "Rəqibin təzyiqi ilə üzləşirdik" "Mərkəzdə çox yüklənmə vardı"
Futbol
12 Oktyabr , 2016 09:33
Çexiya yığmasının futbolçusu: Rəqibin təzyiqi ilə üzləşirdik

Bakı. 12 oktyabr. REPORT.AZ/ "Yaxşı çıxış etdik, təzyiqi artırdıq. Bundan yararlana bilərdik, amma alınmadı".

"Report"un məlumatına görə, bunu 2018-ci il Dünya çempionatının seçmə qrup mərhələsində Azərbaycan millisi ilə qarşılaşan Çexiya yığmasının hücumçusu Patrik Şik jurnalistlərə açıqlamasında deyib.

Çexiyalı futbolçu 0:0 hesabı ilə başa çatmış oyun haqda bunları bildirib: "Bəzi məqamlarda rəqibin təzyiqi ilə üzləşirdik. Bu səbəbdən çətin idi. Üstəlik mərkəzdə çox yüklənmə vardı. Rəqib haqda da eyni sözləri demək olar. Biz yaxşı iş gördük, amma bunu nəticədə əks etdirmək istəyirik".

Qeyd edək ki, 3 oyundan sonra Azərbaycan 7 xalla C qrupunda 2-ci, Çexiya isə 2 xalla 5-ci pillədə qərarlaşıb.

Son xəbərlər

Orphus sistemi