Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışıblar

Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışıblar "Rəqibimizin 2 oyundan 6 xal qazanacağını bilmirdik"
Futbol
11 Oktyabr , 2016 10:22
Çexiya yığmasının futbolçuları Azərbaycanla oyundan danışıblar

Bakı. 11 oktyabr. REPORT.AZ/ "Rəqibimizin 2 oyundan sonra 6 xal qazanacağını bilmirdik". "Report"un məlumatına görə, bunu Çexiya milli komandasının futbolçusu Patrik Şik Azərbaycan yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçından öncə yerli jurnalistlərə açıqlamasında deyib.

Hücumçu ikinci pilləyə yaxınlaşmaq üçün qalib gəlmələrinin vacibliyini bildirib.

Onun komanda yoldaşı Filip Novak isə bildirib ki, Çexiya üçün 2 oyundan 1 xal kifayət deyil: "Biz həvəsdən düşə bilmərik. Oyuna pozitiv əhval-ruhiyyədə köklənməli, qələbə qazanmalıyıq. Fikrimcə, azarkeşlərimiz də kömək edəcəklər və stadionda əla ab-hava yaranacaq".

Qeyd edək ki, bu gün Ostrava şəhərindəki "Vitkovitse" stadionunda keçiriləcək Çexiya - Azərbaycan matçı Bakı vaxtı ilə saat 22:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi