Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq İkinci oyun günündə azarkeşlərin diqqəti Madridə yönələcək
Futbol
27 Aprel , 2016 06:30
Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq

Bakı. 27 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunlarına yekun vurulacaq. "Report"un məlumatına görə, ikinci oyun günündə azarkeşlərin diqqəti Madridə yönələcək.

İspaniyanın "Atletiko Madrid" klubu Almaniya "Bavariya"sını sınağa çəkəcək. Hər iki komanda yarımfinalın ilk görüşünə itkilərlə çıxacaq. Qonaqların heyətində uzun müddətdir zədədən əziyyət çəkən Aryen Robben və Badstuber meydana çıxmayacaq. Madrid təmsilçisinin futbolçularından Tyaqu Mendiş və Diyeqo Qodin oyunu tribunadan izləyəcək.

"Visente Kalderon"da keçiriləcək qarşılaşmanın baş hakimi ingiltərəli Mark Klattenburq olacaq. Oyunun start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

27 aprel, Çempionlar Liqası, ilk oyunlar

22:45. "Atletiko Madrid" (İspaniya) - "Bavariya" (Almaniya)
Baş hakim: Mark Klattenburq (İngiltərə)
Madrid. "Visente Kalderon"

Komandalar ikinci dəfə mayın 3-də Münhendə üz-üzə gələcəklər.

Qeyd edək ki, İngiltərədə "Mançester Siti" və "Real Madrid" arasında keçirilmiş qarşılaşma qolsuz bərabərliklə yekunlaşıb.

Son xəbərlər

Orphus sistemi