Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib - VİDEO

Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib - VİDEO Turun mərkəzi görüşü Almaniyada baş tutub
Futbol
28 Sentyabr , 2016 00:39
Çempionlar Liqasının qrup mərhələsində II turun oyunları keçirilib - VİDEO

Bakı. 28 sentyabr. REPORT.AZ/ Bu gecə keçirilmiş 8 oyunla futbol üzrə Çempionlar Liqasının qrup mərhələsində II tura start verilib.

"Report" xəbər verir ki, ilk oyun gününün mərkəzi görüşündə Almaniyada Dortmund "Borussiya"sı İspaniyanın "Real Madrid" klubunu qəbul edib.

Qonaqlar hesabda 2 dəfə irəli çıxsalar da, meydan sahibləri tarazlığa nail ola bilib. Beləliklə, "Kral klubu" Dortmunda ardıcıl 6-cı səfərindən qələbə ilə dönə bilməyib.

Daha 2 görüşdə 4 qol vurulub. Amma "Yuventus" və "Kopenhagen" rəqiblərini heç bir şans vermədən darmadağın edib.

Digər qarşılaşmalardan 3-də minimal hesablı qələbə qeydə alınıb. "Tottenhem" səfərdə MOİK-ə, "Lester" evdə "Portu"ya, "Sevilya" "Lion"a qalib gəlib. "Monako" "Bayer"ə məğlubiyyətdən son anda yaxa qurtarıb. "Sportinq" isə "Legiya"nı 2 dəfə məyus edib.

Çempionlar Liqası, qrup mərhələsi, II tur

"E" Qrupu

MOİK (Moskva, Rusiya) - "Tottenhem" (İngiltərə) - 0:1

Qol: Hyunq-Min Son, 71

"Monako" (Fransa) - "Bayer" (Almaniya) - 1:1

Qol: Kamil Qlik, 90+4 - Xavyer Ernandes, 73

Qrupda vəziyyət: "Monako" - 4, "Tottenhem" - 3, "Bayer" - 2, MOİK - 1.

"F" Qrupu

"Borussiya" (Dortmund, Almaniya) - "Real Madrid" (İspaniya) - 2:2

Qollar: Pyer-Emerik Obameyanq, 43. Andre Şürrle, 87 - Kriştianu Ronaldu, 17. Rafael Varan, 68

"Sportinq" (Portuqaliya) - "Legiya" (Polşa) - 2:0

Qollar: Brayan Ruis, 28. Bas Dost, 37

Qrupda vəziyyət: "Borussiya" - 4, "Real Madrid" - 4, "Sportinq" - 3, "Legiya" - 0..

"G" Qrupu

"Lester" (İngiltərə) - "Portu" (Portuqaliya) - 1:0

Qol: İslam Slimani, 25

"Kopenhagen" (Danimarka) - "Brügge" (Belçika) - 4:0

Qollar: Stefano Densvill, 53-öz qapısına. Tomas Delani, 64. Federiko Santander, 69. Matias Yörgensen, 90+2

Qrupda vəziyyət: "Lester" - 6, "Kopenhagen" - 4, "Portu" - 1, "Brügge" - 0.

"H" Qrupu

"Sevilya" (İspaniya) - "Lion" (Fransa) - 1:0

Qol: Vissam Ben Yedder, 53

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Yuventus" (İtaliya) - 0:4

Qol: Miralem Pyaniç, 24. Qonsalo İquain, 31. Paulo Dibala, 57. Adrian Şemper, 85-öz qapısına

Qrupda vəziyyət: "Yuventus" - 4, "Sevilya" - 4, "Lion" - 3, "Dinamo" - 0.

Qeyd edək ki, turun digər oyunları sabah keçiriləcək.

Son xəbərlər

Orphus sistemi