Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI

Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI "Qarabağ"ın məğlub olduğu rəqib İsveçrəyə yollanacaq
Futbol
7 Avqust , 2015 15:19
Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib - SİYAHI

Bakı. 7 avqust. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının pley-off mərhələsinin püşkatma mərasimi keçirilib. "Report"un məlumatına görə, Azərbaycan təmsilçisi "Qarabağ"ı məğlub edərək yoluna davam edən Şotlandiya təmsilçisi "Seltik" İsveçrə "Malmö"sü ilə rəqib olub.

Çempionların səbətində yer alan komandaların cütlükləri:

"Astana" (Qazaxıstan) - APOEL (Kipr)

"Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya, Zaqreb)

"Seltik" (Şotlandiya) - "Malmö" (İsveçrə)

"Bazel" (İsveç) - "Makkabi" (İsrail)

BATE (Belarus) - "Partizan" (Serbiya)

Qeyri-çempionların səbətində yer alan komandaların cütlükləri:

"Latsio" (İtaliya) - "Bayer" (Almaniya)

"Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika)

"Sportinq" (Portuqaliya) - ÇSKA (Rusiya)

"Rapid" (Avstriya) - "Şaxtyor" (Ukrayna)

"Valensiya" (İspaniya) - "Monako" (Fransa)

Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 18 və 19 avqustda keçiriləcək. Cavab görüşləri isə 25 və 26 avqustda baş tutacaq.

Son xəbərlər

Orphus sistemi