​Çempionlar Liqasının pley-off mərhələsinin görüşləri keçiriləcək

​Çempionlar Liqasının pley-off mərhələsinin görüşləri keçiriləcək "Yuventus" "Borussiya"nı, "Mançester Siti" "Barselona"nı qəbul edəcək
Futbol
24 Fevral , 2015 09:23
​Çempionlar Liqasının pley-off mərhələsinin görüşləri keçiriləcək

Bakı. 24 fevral. REPORT.AZ/ Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinin növbəti görüşləri keçiriləcək. "Report"un məlumatına görə, gecə iki qarşılaşma baş tutacaq.

İtaliyanın "Yuventus" klubu doğma azarkeşlər önündə "Borussiya"nı qəbul edəcək. Turin təmsilçisi ilə Almaniya klubu arasında keçiriləcək qarşılaşmanı Antonio Mateo Laos idarə edəcək. "Yuventus" A qrupunun ikincisi kimi bu mərhələyə vəsiqə qazanıb. "Qoca sinyoralar" qrup mərhələsində "Atletiko Madrid"dən geri qalıb. Dortmund "Borussiya"sı isə D qrupunun lideri qismində pley-off-da iştirak hüququ əldə edib.

Digər qarşılaşmada isə "Mançester Siti" və "Barselona" komandaları üz-üzə gələcək. İngiltərədə keçiriləcək qarşılaşmanın start fitini almaniyalı Ferix Brıx səsləndirəcək. Görüş Mançesterdəki "Etihad" stadionunda baş tutacaq. "Şəhərlilər" qrup mərhələsini ikinci, kataloniyalılar isə lider olaraq başa vurub.

Qeyd edək ki, bu cütlüklərin cavab görüşləri martın 18-də baş tutacaq.

24 fevral

23:45. "Yuventus" - "Borussiya"

23:45. "Mançester Siti" - "Barselona"

Son xəbərlər

Orphus sistemi