Bakı. 19 fevral. REPORT.AZ/ Bu gecə UEFA Çempionlar Liqasının növbəti turunun oyunları keçirilib.
"Report" xəbər verir ki, baş tutan iki qarşılaşmada qapılara cəmi dörd qol vurulub.
İsveçrədə Portuqaliyanın "Porto" klubunu qəbul edən "Bazel" ilk olaraq hesabda irəli çıxsa da, oyunun sonlarına yaxın qələbəni əldən verib - 1:1.
Paralel keçən qarşılaşmada "Real Madrid" (İspaniya) Almaniyada "Şalke"nin qonağı olub. "Kral klubu" ev sahiblərinə heç bir şans verməyib. Matç 0:2 hesabı ilə ispanların xeyrinə başa çatıb.