Çempionlar Liqasının final matçını türkiyəli hakimlər idarə edəcək

Çempionlar Liqasının final matçını türkiyəli hakimlər idarə edəcək "Yuventus"-"Barselona" matçının hakimləri müəyyənləşib
Futbol
18 May , 2015 22:01
Çempionlar Liqasının final matçını türkiyəli hakimlər idarə edəcək

Bakı. 18 May. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında İtaliyanın "Yuventus" və İspaniyanın "Barselona" klubları arasında keçiriləcək final matçının hakimləri müəyyənləşib. "Report"un UEFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, iyunun 6-da Almaniyanın paytaxtı Berlindəki "Olimpiaştadion"da təşkil olunacaq qarşılaşmaya türkiyəli hakimlər briqadası təyinat alıb.

Görüşün baş hakimi Cüneyt Çakır olacaq. 38 yaşlı referiyə Bahattin Duran və Tarık Ongün yan xətt, Hüseyin Göçek və Barış Şimşək əlavə köməkçi, Mustafa Əmrə Eyisoy ehtiyat köməkçi hakimlər qismində yardım edəcəklər. 4-cü hakim funksiyasını isə isveçli Yonas Eriksson yerinə yetirəcək.

Qeyd edək ki, Cüneyt Çakır 2006-cı ildən FİFA referisidir. O, indiyədək 70 beynəlxalq matç idarə edib. Bu mövsüm Çakır Çempionlar Liqasında 4, Avropa Liqasında 3 oyunda baş hakim olub.

Son xəbərlər

Orphus sistemi