Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib - VİDEO

Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib - VİDEO “Barselona”nın finaldakı rəqibi “Yuventus” oldu
Futbol
14 May , 2015 01:35
Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib - VİDEO

Bakı. 14 May. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasının daha bir finalçısı müəyyənləşib. "Report"un məlumatına görə, yarımfinal mərhələsini cavab görüşündə İspaniya "Real Madrid"i İtaliyanın "Yuventus" klubu ilə qarşılaşıb.

Madriddəki matça Turin təmsilçisi üstün başlayıb. İtaliyada keçirilmiş ilk görüşdə 2:1 hesablı qələbə qazanan "Yuventus"a İspaniya paytaxtında heç-heçə də kifayət edirdi.

"Kral klubu" isə mübarizəni davam etdirmək üçün "Santyaqo Bernabeu"da ən azı qapısını toxunulmaz saxlamaq şərtilə "ağ-qaralar"ı minimal hesabla məğlub etməli idi. Gərgin mübarizə nəticəsində "Real Madrid" istəyinə nail ola bilmədi. Qarşılaşma 1:1 hesabı ilə yekunlaşdı. İki oyunun ümumi nəticələrinə görə (2:3) növbəti mərhələyə "Yuventus" çıxdı.

Qeyd edək ki, İspaniyanın "Barselona" və Almaniya "Bavariya"sı arasında keçirilmiş iki görüşün nəticəsinə (5:3) əsasən, kataloniyalılar adını finala yazdırıb.

Son xəbərlər

Orphus sistemi