Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edən komandaların sayı 6-ya yüksəlib

Çempionlar Liqasının 1/8 finalına vəsiqəni təmin edən komandaların sayı 6-ya yüksəlib "Barselona", "Bavariya", PSJ və "Portu" da bu hüquqa yiyələnib
Futbol
6 Noyabr , 2014 09:53

Bakı. 6 noyabr. REPORT.AZ/ Futbol üzrə UEFA Çempionlar Liqasında IV tura yekun vurulub. "Report"un məlumatına görə, ikinci oyun günündə daha 8 qarşılaşma keçirilib.

Bu oyunlardan sonra 4 komanda - "Barselona", "Bavariya", PSJ və "Portu" 1/8 finala vəsiqəni təmin edib. Beləliklə, növbəti mərhələyə vəsiqə qazananların sayı 6-ya çatıb. İlk oyun günündə "Real Madrid" və "Borussiya" (Dortmund) da bu hüquqa yiyələnib.



E qrupu

"Mançester Siti" (İngiltərə) - MOİK (Moskva, Rusiya) - 1:2

"Bavariya" (Almaniya) - "Roma" (İtaliya) - 2:0

F qrupu

PSJ (Fransa) - APOEL (Kipr) - 1:0

"Ayaks" (Hollandiya) - "Barselona" (İspaniya) - 0:2

G qrupu

"Maribor" (Sloveniya) - "Çelsi" (İngiltərə) - 1:1

"Sportinq" (Portuqaliya) - "Şalke" (Almaniya) - 4:2

H qrupu

"Şaxtyor" (Donetsk, Ukrayna) - BATE (Belarus) - 5:0

"Atletik" (Bilbao, İspaniya) - "Portu" (Portuqaliya) - 0:2

Son xəbərlər

Orphus sistemi