Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb "Barselona" və "Real Madrid" yalnız finalda qarşılaşa bilər
Futbol
24 Aprel , 2015 15:39
Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb

Bakı. 24 aprel. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında yarımfinal mərhələsinin püşkü atılıb. "Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirində ötən mövsümün qalibi İspaniya "Real Madrid"i İtaliya "Yuventus"una rəqib olub. 

Digər yarımfinalda isə İspaniya "Barselona"sı Almaniya "Bavariya"sını sınağa çəkəcək. Oyunlar 5-6 mayda və 12-13 mayda keçirəcək. Final qarşılaşması iyunun 6-da Almaniyanın paytaxtı "Olimpiaştadion"da təşkil olunacaq. Həlledici matçda nominal meydan sahibi funksiyasını "Yuventus" - "Real Madrid" cütünün qalibi yerinə yetirəcək. 

Son xəbərlər

Orphus sistemi