​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR "Çelsi", "Arsenal", "Barselona", "Roma" və "Bavariya" növbəti mərhələyə adlayıb
Futbol
10 Dekabr , 2015 02:11
​Çempionlar Liqasında qrup mərhələsinə yekun vurulub - NƏTİCƏLƏR

Bakı. 10 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə UEFA Çempionlar Liqasının qrup mərhələsi çərçivəsində son səkkiz qarşılaşma keçirilib.

"Report" xəbər verir ki, İngiltərənin "Çelsi" və "Arsenal", İspaniyanın "Barselona", İtaliyanın "Roma", Almaniyanın "Bavariya", Belçikanın "Qent", Ukraynanın "Dinamo", Rusiyanın "Zenit" və Portuqaliyanın "Benfika" klubları turnirin "play-off" mərhələsinə vəsiqə qazanıblar.

Qruplarda üçüncü yeri tutan komandalar Avropa Liqasına düşüblər, sonuncu yerin sahibləri isə bu mövsümlük Avrokuboklara vida ediblər.

Çempionlar Liqası. Qrup mərhələsi. 6-cı tur

"E" qrupu

"Roma" – BATE - 0:0

"Bayer" – "Barselona" - 1:1

Qollar: 0:1 – 20 Messi, 1:1 – 23 Ernandes.

"F" qrupu

"Dinamo Zaqreb" – "Bavariya" - 0:2

Qollar: 0:1 – 61 Levandovski, 0:2 – 64 Levandovski.

"Olimpiakos" – "Arsenal" - 0:3

Qollar: 0:1 – 29 Jiru, 0:2 – 49 Jiru, 0:3 – 67, penal Jiru.

"G" qrupu

"Çelsi" – "Portu" - 2:0

Qollar: 1:0 – 12, avtoqol Markano, 2:0 – 52 Villian.

"Dinamo Kiyev" – "Makkabi Tel-Əviv" - 1:0

Qol: 1:0 – 16 Qarmaş.

"H" qrupu

"Qent" – "Zenit" - 2:1

Qollar: 1:0 – 18 Depuatr, 1:1 – 65 Dzüba, 2:1 – 78 Miliçeviç.

"Valensiya" – "Lion" - 0:2

Qollar: 0:1 – 37 Korne, 0:2 – 76 Lakasett.

Son xəbərlər

Orphus sistemi