Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab oyunları başlayır

Çempionlar Liqasında "pley-off" mərhələsinin cavab oyunları başlayır İlk oyun günündə 5 qarşılaşma baş tutacaq
Futbol
23 Avqust , 2016 08:00
Çempionlar Liqasında pley-off mərhələsinin cavab oyunları başlayır

Bakı. 23 avqust. REPORT.AZ/ Bu gün Çempionlar Liqasının "pley-off" mərhələsinin cavab görüşlərinə start veriləcək.

"Report"un məlumatına görə, ilk oyun günündə 5 qarşılaşma baş tutacaq.

İtaliyanın "Roma" klubu Portuqaliya "Portu"sunu qəbul edəcək. İlk görüş 1:1 hesabı ilə başa çatdığından, meydan sahiblərini qolsuz heç-heçə də qane edir. Portuqaliya təmsilçisi isə qrup mərhələsinə yüksəlmək üçün ya qalib gəlməli, ya da matçı ən azı 2:2 hesablı bərabərliklə başa vurmalıdır.

Türkiyənin "Fənərbağça" klubunu məğlub edərək adını "pley-off"a yazdıran "Monako" İspaniya "Vilyarreal"ını sınağa çəkəcək. Tərəflər arasında İspaniyada keçirilmiş ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Xosep Qvardiolanın baş məşqçisi olduğu İngiltərənin "Mançester Siti" klubu isə demək olar ki, qrup mərhələsini təmin edib. İlk görüşdə "Styaua"nı 5:0 hesabı ilə darmadağın edən "şəhərlilər"in cavab matçında qrup mərhələsini əldən verəcəyi inandırıcı görünmür.

Çempionlar Liqası, cavab oyunları

22:45. "Roma" (İtaliya) - "Portu" (Portuqaliya)

İlk oyun - 1:1

22:45. Hapoel (Beer Şeva, İsrail) - "Seltik" (Şotlandiya)

İlk oyun - 2:5

22:45. "Legiya" (Polşa) - "Dandolk" (İrlandiya)

İlk oyun - 2:0

22:45. "Monako" (Fransa) - "Vilyarreal" (İspaniya)

İlk oyun - 1:1

22:45. "Viktoriya" (Çexiya) - "Ludoqorets" (Bolqarıstan)

İlk oyun - 0:2

Qeyd edək ki, "pley-off" mərhələsinə avqustun 24-də keçiriləcək daha 5 oyunla yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi