Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib - SİYAHI

Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib - SİYAHI Çempionlar Yolu ilə 10 cütlük irəliləyəcək
Futbol
23 İyul , 2015 09:45
Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib - SİYAHI

Bakı. 23 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinin bütün cütlükləri müəyyənləşib. "Report"un məlumatına görə, II təsnifat mərhələsini dəf etməyi bacaran komandalar Çempionlar Yolu ilə mübarizəni davam etdirəcəklər.

Onların arasında Azərbaycanın "Qarabağ" klubu da var. Növbəti mərhələdə Ağdam təmsilçisinin rəqibi Şotlandiya "Seltik"i olacaq. İlk görüş Qlazqoda olacaq. Ümumilikdə Çempionlar Yolunda 10 cütlük yer alıb. Liqa Yolunda isə 5 cütlük irəliləyəcək.

Çempionlar Liqası

III təsnifat mərhələsi

Çempionlar Yolu

"Lex" (Poznan, Polşa) - "Bazel" (İsveçrə)

"Milsami" (Orxey, Moldova) - "Skenderbeu" (Albaniya)

HİK (Helsinki, Finlandiya) - "Astana" (Qazaxıstan)

"Seltik" (Şotlandiya) - "Qarabağ" (AZƏRBAYCAN)

"Styaua" (Buxarest, Rumıniya) - "Partizan" (Serbiya)

"Midtyulland" (Danimarka) - APOEL (Kipr)

"Makkabi" (Təl-Əviv, İsrail) - "Viktoriya" (Plzen, Çexiya)

"Dinamo" (Zaqreb, Xorvatiya) - "Molde" (Norveç)

"Videoton" (Macarıstan) - BATE (Borisov, Belarus)

"Zalsburq" (Avstriya) - "Malmö" (İsveç)

Liqa Yolu

"Panatinaikos" (Yunanıstan) - "Brügge" (Belçika)

"Yanq Boyz" (İsveçrə) - "Monako" (Fransa)

MOİK (Moskva, Rusiya) - "Sparta" (Praqa, Çexiya)

"Rapid" (Vyana, Avstriya) - "Ayaks" (Hollandiya)

"Fənərbağça" (Türkiyə) - "Şaxtyor" (Donetsk, Ukrayna)

Oyunlar 28/29 iyul və 4/5 avqustda keçiriləcək. 

Son xəbərlər

Orphus sistemi