Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib 9 matçın yalnız 1-də meydan sahibləri qalib gəlib
Futbol
29 İyul , 2015 02:01
Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib

Bakı. 29 iyul. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında III təsnifat mərhələsinə start verilib. "Report"un məlumatına görə, ilk oyun günündə öz ölkələrinin çempionları ilə yanaşı, müxtəlif aparıcı ölkələrin çempionatlarında ilk pilləni tuta bilməyən komandalar Liqa Yolu ilə mübarizəyə qoşulublar.

Belə görüşlərdən biri Türkiyə "Fənərbağça"sı ilə Ukrayna "Şaxtyor"u arasında baş tutub. Günün maraqla gözlənilən qarşılaşmasında qapılara qol vurulmayıb.

Ümumiyyətlə, 9 matçın yalnız 1-də meydan sahibləri qalib gəlib. 4 görüşdə qonaqlar sevindiyi halda, eyni sayda oyunda qalib müəyyənləşməyib.

Çempionlar Liqası 

III təsnifat mərhələsi, ilk oyunlar

28 iyul

Çempionlar Yolu


"Milsami" (Orxey, Moldova) - "Skenderbeu" (Albaniya) - 0:2 

Qol: Hamdi Salihi, 50; 73


"Midtyulland" (Danimarka) - APOEL (Kipr) - 1:2

Qollar: Yakob Poulsen, 88 - Tomas De Vinsenti, 30; 33


"Makkabi" (Təl-Əviv, İsrail) - "Viktoriya" (Plzen, Çexiya) - 1:2

Qollar: Barak İtjaki, 79 - Aydın Mahmutoviç, 17. Milan Petrjela, 21


"Videoton" (Macarıstan) - BATE (Borisov, Belarus) - 1:1

Qollar: Paulo Vinisius, 89 - Nemanya Milunoviç, 56


"Dinamo" (Zaqreb, Xorvatiya) - "Molde" (Norveç) - 1:1

Qollar: Anxelo Enrikes, 18 - Ola Kamara, 21


Liqa Yolu


MOİK (Moskva, Rusiya) - "Sparta" (Praqa, Çexiya) - 2:2

Qollar: Alan Zaqoyev, 14. Zoran Toşiç, 53 - Kehinde Fatay, 15. Ladislav Kreyçi, 57


"Panatinaikos" (Yunanıstan) - "Brügge" (Belçika) - 2:1

Qollar: Markus Berq, 37. Nikos Karelis, 65-penalti ilə - Boli Bolinqoli Mbonbo, 10


"Fənərbağça" (Türkiyə) - "Şaxtyor" (Donetsk, Ukrayna) - 0:0


"Yanq Boyz" (İsveçrə) - "Monako" (Fransa) - 1:3

Qol: Rafael Nutsolo, 74 - Layvin Kurzava, 64. Quido Karrilo, 72. Mario Paşaliç, 75

Digər oyunlar iyulun 29-da olacaq.

Son xəbərlər

Orphus sistemi