​Çempionlar Liqasında daha 5 qarşılaşma keçiriləcək

​Çempionlar Liqasında daha 5 qarşılaşma keçiriləcək Pley-off mərhələsinin ilk oyunlarına yekun vurulacaq
Futbol
19 Avqust , 2015 09:57
​Çempionlar Liqasında daha 5 qarşılaşma keçiriləcək

Bakı. 19 avqust. REPORT.AZ/ Bu gün Çempionlar Liqasının pley-off mərhələsinin daha 5 oyunu keçiriləcək. "Report"un məlumatına görə, bununla da mərhələnin ilk görüşləri yekunlaşacaq.

Qitənin ən nüfuzlu klub turnirinin III təsnifat mərhələsində Azərbaycan təmsilçisi "Qarabağ"ı üstələyən "Seltik" klubu Şotlandiyada İsveç "Malmö"sünü qəbul edəcək. 2008/09 mövsümündə Avropa Liqasının qalibi olmuş Ukrayna "Şaxtyor"u isə səfərdə "Rapid"lə (Avstriya) üz-üzə gələcək.

Çempionlar Liqası, pley-off mərhələsi

İlk oyunlar

19 avqust

23:45. "Bazel" (İsveçrə) - "Makkabi" (Təl-Əviv, İsrail)

23:45. "Seltik" (Şotlandiya) - "Malmö" (İsveç)

23:45. "Rapid" (Avstriya) - "Şaxtyor" (Donetsk, Ukrayna)

23:45. "Skenderbeu" (Albaniya) - "Dinamo" (Xorvatiya)

23:45. "Valensiya" (İspaniya) - “Monako” (Fransa)

18 avqust

21:00. "Astana" (Qazaxıstan) - APOEL (Kipr) - 1:0

Qol: Djolçiyev, 14

23:45. BATE (Belarus) - "Partizan" (Serbiya) - 1:0

Qol: Qordeyçuk, 75

23:45. "Latsio" (İtaliya) - "Bayer" (Leverkuzen, Almaniya) - 1:0

Qol: Keyta, 75

23:45. "Mançester Yunayted" (İngiltərə) - "Brügge" (Belçika) - 3:1

Qollar: Depay, 13;43, Fellaini, 90+4 - Karrik, 8 (avt.)

23:45. "Sportinq" (Portuqaliya) - ÇSKA (Moskva, Rusiya) - 2:1

Qollar: Qutierez, 12, Slimani, 82 - Doumbia, 40

Qeyd edək ki, cavab görüşləri 25 və 26 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi