Bu gün ​Çempionlar Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək

Bu gün ​Çempionlar Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək Qarşılaşmalar İspaniya və Almaniyada baş tutacaq
Futbol
5 Aprel , 2016 07:15
Bu gün ​Çempionlar Liqasında 1/4 finalın ilk oyunları keçiriləcək

Bakı. 5 aprel. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında 1/4 final mərhələsinin ilk oyunları keçiriləcək.

"Report"un məlumatına görə, qarşılaşmalar İspaniya və Almaniyada baş tutacaq.

"Barselona" doğma azarkeşlər önündə digər bir İspaniya təmsilçisi "Atletiko"nu sınağa çəkəcək. Kataloniyalıların heyətində Sandro Ramires, Adriano və Jeremi Matyo meydana çıxamayacaq. Madrid klubu isə ilk görüşdə Xose Ximenes, Oliver Torres və Xesus Qamesin xidmətindən yararlana bilməyəcək. Oyunda daha bir maraqlı məqam türkiyəli futbolçu Arda Turanın "Barselona"nın heyətində sabiq komandasına qarşı mübarizə aparmasıdır.

Münhendə isə "Bavariya" Portuqaliya "Benfika"sını qəbul edəcək. Bu görüşə hər iki komanda itkilərlə çıxacaq. Almanlar Boatenq və Badstubersiz mübarizə aparacaqsa, portuqaliyalılar Luisao və Julio Sezarsız meydana çıxacaq. Uzun müddətdir meydanda olmayan Aryen Robbenin isə "Benfika"ya qarşı oynayıb-oynamayacağı bilinmir.

Çempionlar Liqası, 1/4 final, ilk oyunlar

22:45. "Bavariya" (Almaniya) - "Benfika" (Portuqaliya)

Baş hakim: Şimon Marçinyak (Polşa)

Münhen. "Alyans Arena"

22:45. "Barselona" (İspaniya) - "Atletiko" (Madrid, İspaniya)

Baş hakim: Feliks Brıx (Almaniya)

Barselona. "Kamp Nou"

Qeyd edək ki, 1/4 final mərhələsinin ilk mərhələsinə aprelin 6-da keçiriləcək PSJ (Fransa) - "Mançester Siti" (İngiltərə) və "Volfsburq" (Almaniya) - "Real Madrid" (İspaniya) oyunları ilə yekun vurulacaq.

Son xəbərlər

Orphus sistemi