Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının hakimləri müəyyənləşib

Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının hakimləri müəyyənləşib İlk oyunu isveçli referi idarə edəcək
Futbol
11 May , 2016 10:43
Çempionlar Liqası və Avropa Liqasının final oyunlarının hakimləri müəyyənləşib

Bakı. 11 may. REPORT.AZ/ Futbol üzrə Avropa kuboklarında final oyunlarına hakim təyinatları açıqlanıb. "Report"un məlumatına görə, mayın 18-də İngiltərənin "Liverpul" və İspaniyanın "Sevilya" komandaları arasında keçiriləcək Avropa Liqasının həlledici qarşılaşması isveçli Yonas Erikssona tapşırılıb.

Ona həmyerlilərindən Matias Klasenius və Daniel Vanmark yan xətt, Stefan Yohanessonla Markus Strömberqsson əlavə köməkçi, Mehmet Çulum ehtiyat köməkçi hakim qismində yardım edəcək. Norveçli Sveyn Oddvar Moen isə 4-cü hakim olacaq. Görüş İsveçrənin Bazel şəhərindəki "Sent Yakob Park" stadionunda keçiriləcək.

Mayın 26-da İtaliyanın Reccio Emilia şəhərindəki "Sitta del Trikolor" stadionunda qadın futbolçular arasında Çempionlar Liqasının final qarşılaşması oynanılacaq. Almaniya "Volfsburq"u ilə Fransa "Lion"unun üz-üzə gələcəyi matçı macarıstanlı referi Katalin Kulçar idarə edəcək. Onun briqadasında həmyerliləri Yudit Kulçar və Andrea Hima yan xətt, Dyöndyi Qaal 4-cü hakim, italiyalı Lusia Abrutseze ehtiyat köməkçi hakim qismində yer alacaq.

Nəhayət, mayın 28-də İtaliyanın Milan şəhərindəki "San-Siro" stadionunda kişilər arasında keçiriləcək Çempionlar Liqasının final qarşılaşması ingiltərəli hakimlər briqadasına həvalə olunub. İspaniyanın "Real Madrid" və "Atletiko" komandalarının üz-üzə gələcəyi görüşü Mark Klattenburq idarə edəcək. Simon Bek və Ceyk Kollin yan xətt, Entoni Teylorla Andre Marriner əlavə köməkçi, Stüart Bart ehtiyat köməkçi hakim olacaq. Dördüncü hakim funksiyasını isə macarıstanlı Viktor Kaşşai yerinə yetirəcək.

Qeyd edək ki, qadınlar arasında Çempionlar Liqasının final oyunu Bakı vaxtı ilə saat 20:00-da, digər 2 görüş saat 22:45-də başlanacaq. 

Son xəbərlər

Orphus sistemi