​Avrokuboklarda iştirak edəcək klubların mükafatı artırılıb

​Avrokuboklarda iştirak edəcək klubların mükafatı artırılıb ÇL üçün 1.257 milyard, AL üçün isə 381 milyon avro ayrılıb
Futbol
1 Aprel , 2015 09:54
​Avrokuboklarda iştirak edəcək klubların mükafatı artırılıb

Bakı. 1 aprel REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında qarşıdakı 3 mövsüm üçün klublara veriləcək pulun miqdarı açıqlanıb. "Report"un məlumatına görə, Avropa Klublar Birliyi (ECA) və UEFA arasında əldə olunan razılaşmaya əsasən, Avropanın ən nüfuzlu klub turniri üçün 1.257 milyard avro ayrılıb.

Klublara veriləcək bu məbləğin 724.4 milyonu sabit, 482.9 milyon avrosu isə ev oyunlarının yayımına əsasən paylanılacaq. Qrupda keçirdiyi bütün oyunlarda qələbə qazanan komanda yayım haqları istisna olmaqla, 54.5 milyon avro qazanacaq.

Qrup mərhələsinə qatılan komandalara 12 milyon avro, qrup oyunlarında qazanılan qələbəyə görə 1.5 milyon avro, heç-heçəyə görə, 500 min avro veriləcək. 1/8 finala yüksələnlər 5.5 milyon avro, 1/4 finalçılar 6 milyon avro, yarımfinal iştirakçıları isə 7 milyon avro qazanacaq. UEFA finalda məğlub olan komandaya 10.5 milyon avro, çempiona isə 15 milyon avro mükafat verəcək.

Avropa Liqasında komandalara veriləcək məbləğ isə 381 milyon avrodur. Onun 228.6 milyon avrosu sabit mükafatları, 152.4 milyon avrosu isə yayım hüquqlarını əhatə edəcək. Burada məbləğ Çempionlar Liqasından az olduğu üçün bir klubun yayım gəlirləri istisna olmaqla, ən çox qazanacağı məbləğ 15.31 milyon avrodur.

Avropa Liqasının qrupuna düşmək klublara 2.4 milyon avro, 1/16 finala vəsiqə qazanmaq 500 min avro, 1/8 finala yüksəlmək 750 min avro, 1/4 finalda iştirak 1 milyon avro, yarımfinal həyəcanı isə 1.5 milyon avro qazandıracaq.

Qalib komanda 6.5 milyon, Avroliqanın ikincisi isə 3.5 milyon avro əldə edəcək. Qrup oyunları zamanı qələbə üçün 360 min avro gəlir əldə edəcək komandalar oyunu heç-heçə ilə başa vuracaqları halda klub büdcəsinə 120 min avro xeyir verəcəklər.

Son xəbərlər

Orphus sistemi