​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub - VİDEO

​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub - VİDEO "Benfika" və PSJ mərhələ adlayıb
Futbol
10 Mart , 2016 01:49
​Çempionlar Liqasının növbəti 1/4 finalçıları məlum olub - VİDEO

Bakı. 10 mart. REPORT.AZ/ Futbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. "Report"un məlumatına görə, bu gecə diqqətlər Rusiya və İngiltərəyə yönəlib.

"Zenit" klubu Sankt-Peterburqda Portuqaliya "Benfika"sını qəbul edib. İlk görüşdə minimal hesablı qələbə qazanan "Benfika" cavab görüşünə üstün tərəf kimi çıxıb. Amma hesabı meydan sahibləri açıb. İkinci hissənin ortalarında vurulan qoldan sonra Rusiya təmsilçisi mərhələ adlamaq üçün növbəti qolu vurmağa cəhd etsə də, əksi baş verib. Oyunun sonlarında portuqaliyalılar iki dəfə fərqlənərək, mərhələ adlayıblar.

Gecənin digər oyununda isə İngiltərənin "Çelsi" komandası ilə Fransa PSJ-si münasibətlərinə aydınlıq gətirib. İlk qarşılaşmada 1:2 hesabı ilə məğlub olan "zadəganlar"a minimal hesablı qələbə də kifayət edirdi. Amma oyunun əvvəllərində hesabı PSJ açıb. Tezliklə "zadəganlar" bərabərlik qolunu vursalar da, fasilədən sonra Fransa təmsilçisinin lideri Zlatan İbrahimoviç oyunda son nöqtəni qoyub.

Beləliklə, gecənin hər iki matçında qonaqlar eyni hesabla qalib gəlib. Mərhələni adlayanlar isə "Benfika" ilə PSJ olub.

Çempionlar Liqası, 1/8 final, cavab oyunları

21:00. "Zenit" (Rusiya) - "Benfika" (Portuqaliya) - 1:2

Qollar: Halk, 69 - Nikolas Qaytan, 85, Andreson Taliska, 90+6

Baş hakim: Viktor Kaşşai (Macarıstan)

Sankt-Peterburq. "Petrovski" stadionu

İlk oyun - 0:1

23:45. "Çelsi" (İngiltərə) - PSJ (Fransa) - 1:2

Qollar: Dieqo Kosta, 27 - Adrian Rabio, 16. Zlatan İbrahimoviç, 67

Baş hakim: Feliks Brıx (Almaniya)

London. "Stemford Bric"

1/8 final mərhələsinin daha 4 cavab görüşü 15-16 martda keçiriləcək.

Qeyd edək ki, daha öncə İspaniyanın "Real Madrid" və Almaniyanın "Volfsburq" komandaları 1/4 finala adlayıb. 

Son xəbərlər

Orphus sistemi