​"CBC Sport Kuboku"nun təqvimi müəyyənləşib

​"CBC Sport Kuboku"nun təqvimi müəyyənləşib Komandalar iki qrupda mübarizə aparacaq
Futbol
12 Yanvar , 2016 16:32
​CBC Sport Kubokunun təqvimi müəyyənləşib

Bakı. 12 yanvar. REPORT.AZ/ AFFA, Peşəkar Futbol Liqası və "CBC Sport" kanalının birgə təşkilatçılığı ilə keçiriləcək "CBC Sport Kubok"unun püşkü atılıb. "Report"un məlumatına görə, püşk nəticəsində 6 klub 2 qrupa bölünüb. 

Qrup qalibləri yanvarın 24-də baş tutacaq final matçında üz-üzə gələcəklər. 

Oyunların təqvimi və başlanma vaxtları belədir:

A qrupu: "Rəvan", "Neftçala", "Şərurspor"

15 yanvar

13:00. "Neftçala" – "Şərurspor"

17 yanvar

13:00. "Rəvan" – "Neftçala"

19 yanvar

13:00. "Şərurspor" – "Rəvan"

B qrupu: "Neftçi", AZAL, MOİK

14 yanvar

13:00. "Neftçi" – AZAL

16 yanvar

13:00. AZAL – MOİK

18 yanvar

13:00. MOİK – "Neftçi"

Son xəbərlər

Orphus sistemi