​Bu gün futbol üzrə Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

​Bu gün futbol üzrə Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq Matç Türkiyənin Antalya bölgəsində baş tutacaq
Futbol
26 Mart , 2016 08:02
​Bu gün futbol üzrə Azərbaycan millisi Qazaxıstanla qarşılaşacaq

Bakı. 26 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan milli komandası 2016-cı ildə ilk yoldaşlıq görüşünə çıxacaq.

"Report"un məlumatına görə, rəqib Qazaxıstan yığması olacaq.

Oyun hər iki komandanın Türkiyənin Antalya bölgəsindəki təlim-məşq toplanışı çərçivəsində gerçəkləşəcək. FİFA-nın son reytinq siyahısında Azərbaycan 300 xalla 112-ci, Qazaxıstan 276 xalla 125-ci pillədə qərarlaşıb. Amma komandalar arasındakı əvvəlki 8 görüşün balansına nəzər yetirdikdə, üstün tərəfin olmadığı görünür. Tərəflər hərəyə 2 qələbə qazanıb, 4 matçda qalib müəyyənləşməyib. Topların nisbəti də bərabərdir - 12:12.

Azərbaycan millisinin baş məşqçisi Robert Prosineçki bu oyunda 23 futbolçunun xidmətindən yararlana biləcək. Onların arasında zədəli Rahid Əmirquliyevlə İspaniyanın "Kordoba" klubunda çıxış edən Eddi İsrafilov yoxdur.

Qazaxıstan yığması isə oyuna baş məşqçisiz çıxacaq. Komanda Azərbaycan və martın 29-da isə Gürcüstanla yoldaşlıq görüşündə məşqçilər heyətinə tapşırılıb.

Yoldaşlıq görüşü

19:00. Azərbaycan - Qazaxıstan

Hakimlər: Ali Palabıyık, Ceyhun Sesigüzel, Kerem Ersoy Dördünc.

Son xəbərlər

Orphus sistemi