Bu gün daha 7 komanda Azərbaycan Kubokunun 1/4 finalına yüksələcək

Bu gün daha 7 komanda Azərbaycan Kubokunun 1/4 finalına yüksələcək 1/8 final görüşlərindən 6-sı Premyer Liqa və I divizion komandaları arasında olacaq
Futbol
3 Dekabr , 2014 10:22
Bu gün daha 7 komanda Azərbaycan Kubokunun 1/4 finalına yüksələcək

Bakı. 3 dekabr. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Kubokunda 1/8 final oyunları keçiriləcək. "Report"un məlumatına görə, bir oyundan ibarət olacaq mərhələnin qalibi 1/4 finala yüksələcək. 

"Xəzər Lənkəran" klubunun rəqibi "Araz Naxçıvan" komandası bütün yarışlardan imtina etdiyindən, cəmi 7 oyun baş tutacaq. Lənkəran komandası isə birbaşa növbəti mərhələyə yüksələcək. Qalan oyunlardan 6-da Premyer Liqa komandaları I Divizion təmsilçiləri ilə üz-üzə gələcəklər. Yalnız "Sumqayıt" və "Bakı" komandaları arasındakı görüş elita klublarının qarşılaşması ilə fərqlənir. 

Qeyd edək ki, ilk 2 matçdan biri ölkə kubokunun son qalibi "Neftçi" ilə I divizionun iddialı komandalarından olan "Qaradağ Lökbatan" arasında keçiriləcək. 

Azərbaycan Kuboku, 1/8 final

3 dekabr (çərşənbə)

13:00. "Neftçi”– "Qaradağ Lökbatan”

Hakimlər: Əliyev Vüsal V., Əmiraslanov Knyaz, Qənbərov Vüsal, Məmmədov Mahir

İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionu


13:00. "Neftçala”– AZAL

Hakimlər: Məmmədov İnqilab, Musayev Elman, Musayev Vaqif, Hüseynli Xəlil

Nəriman Nərimanov adına Neftçala şəhər stadionu


15:00. "Sumqayıt” – "Bakı”

Hakimlər: Həsənov Rəhim, Məmmədov Rza, Mahmudov Mehman, Məmmədov Fərid

"Kapital Bank Arena”


15:00. "Qəbələ”– "Ağsu”

Hakimlər: Yusifov Fariz, Əliyev İsgəndər, Əmirəli Akif, Fərhadov Teymur

Qəbələ şəhər stadionu

15:30. "Qarabağ” – MOİK

Hakimlər: Xəlilov Xəlil, Həsənov Coşqun, Acalov Elşən, Məmmədov Orxan

Tofiq Bəhramov adına Respublika stadionu


17:00. "Simurq”– "Rəvan”

Hakimlər: Əsgərov Elvin, Ramazanov Rahil, Həmzəzadə Rəvan, İsmayılov Sərxan

Zaqatala şəhər stadionu


18:00. "Şahdağ” – "İnter”

Hakimlər: Diniyev Ramil, Yusifov Cavanşir, Abdullayev Munis, Əhmədov Ramil

"İnter Arena” stadionu. 

Son xəbərlər

Orphus sistemi