Bu gün Çempionlar Liqasında V turun ilk 8 oyunu keçiriləcək

Bu gün Çempionlar Liqasında V turun ilk 8 oyunu keçiriləcək Bu gün futbol üzrə Çempionlar Liqasında V tura start veriləcək
Futbol
25 Noyabr , 2014 11:55
Bu gün Çempionlar Liqasında V turun ilk 8 oyunu keçiriləcək

Bakı. 25 noyabr. REPORT. AZ/ Bu gün futbol üzrə Çempionlar Liqasında V tura start veriləcək. "Report"un məlumatına görə, ilk oyun günündə 8 qarşılaşma baş tutacaq:

E qrupu

21:00. MOİK (Moskva, Rusiya) - "Roma" (İtaliya)

23:45. "Mançester Siti" (İngiltərə) - "Bavariya" (Almaniya)

"Bavariya" 1/8-ə vəsiqəni qrup lideri kimi təmin edib. Qrupda 2-ci pillə uğrunda hərəyə 4 xala malik "Roma" və MOİK-lə yanaşı, 2 xalı olan "Mançester Siti" də mübarizə aparır.

F qrupu

23:45. PSJ (Fransa) - "Ayaks" (Hollandiya)

23:45. APOEL (Kipr) - "Barselona" (İspaniya)

4 turdan sonra "Barselona" 10, PSJ 9 xalla növbəti mərhələyə vəsiqəni təmin edib. Amma bu, intriqanı yumşaltmır. Hər iki komanda qrupun lideri olmaq üçün çalışacaq. 2 xalı olan "Ayaks" və 1 xala malik APOEL isə Avropa Liqasında mübarizəni davam etdirmək üçün qrupda üçüncü yer uğrunda savaşacaqlar.

G qrupu

23:45. "Şalke" (Almaniya) - "Çelsi" (İngiltərə)

23:45. "Sportinq" (Portuqaliya) - "Maribor" (Sloveniya)

Qrupun 8 xala malik lideri "Çelsi"ni 5 xalı olan "Şalke" ilə səfər matçında qolu heç-heçə də qane edir. Qələbə isə İngiltərə təmsilçisini qrup lideri kimi növbəti mərhələyə daşıyacaq. Ötən tur "Şalke"ni yenərək, xallarını 4-ə çatdıran "Sportinq" isə "Çelsi" ilə heç-heçə sayəsində 3 xal toplayan "Maribor"la qarşılaşacaq. Bu qrupda 4 komandanın hamısının 1/8-ə yüksəlmək şansı olduğundan, oyunların gərgin keçiriləcəyi gözlənilir.

H qrupu

21:00. BATE (Belarus) - "Portu" (Portuqaliya)

23:45. "Şaxtyor" (Donetsk, Ukrayna) - "Atletik" (Bilbao, İspaniya)

10 xalla 1/8 finala vəsiqəni təmin etmiş "Portu" 3 xalı olan BATE-nin qonağı olacaq. Belarus komandası indiyədək 19 top buraxsa da, qrup ikincisi kimi mərhələ şanslarını nəzəri olaraq saxlayır. Amma 8 xalı olan "Şaxtyor" 1 xala malik "Atletik"dən xal alsa, 1/8 finala vəsiqəni rəsmiləşdirəcək. 

Qeyd edək ki, bütün oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib. 

Son xəbərlər

Orphus sistemi