Bu gün Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq

Bu gün Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq Mərasim UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq
Futbol
20 Mart , 2015 11:00
Bu gün Çempionlar Liqası və Avropa Liqasının 1/4 final mərhələsinin püşkü atılacaq

Bakı. 20 mart. REPORT.AZ/ Bu gün futbol üzrə Çempionlar Liqası və Avropa Liqasında 1/4 final mərhələsinin püşkatma mərasimi keçiriləcək. "Report"un məlumatına görə, Avropanın ən nüfuzlu klub turnirinin püşkatması UEFA-nın İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında təşkil olunacaq tədbirdə Bakı vaxtı ilə saat 15:00-da, Avroliqaya həsr olunmuş hissə isə 1 saat sonra başlanacaq.

Püşk "kor" olacaq, yəni bütün komandalar eyni səbətdə yer alacaq. İlk oyunlar aprelin 14-15-də, cavab qarşılaşması isə aprelin 21-22-də keçiriləcək. Bundan sonra, aprelin 24-də Nyonda yarımfinal mərhələsinin püşkü atılacaq. Final qarşılaşması iyunun 6-da Berlindəki (Almaniya) "Olimpiastadion"da baş tutacaq.

Avropa Liqasında da püşk "kor" olsa da, Rusiya və Ukrayna klubları iki ölkə arasındakı siyasi gərginlik səbəbindən bir-biri ilə qarşılaşa bilməyəcək. 1/4 final mərhələsinin oyunları aprelin 16-da və 23-də, yarımfinal mərhələsinin püşkatma mərasimi aprelin 24-də keçiriləcək, görüşlər isə mayın 7-də və 14-də baş tutacaq. Varşavadakı (Polşa) Milli Stadionda keçiriləcək final qarşılaşması isə mayın 27-də olacaq.

Çempionlar Liqası
Bavariya Almaniya
Monako Fransa
PSJ Fransa
Atletiko Madrid Ispaniya
Barselona İspaniya
Real Madrid İspaniya
Yuventus İtaliya
Portu Portuqaliya
Avropa Liqası
   Volfsburq  Almaniya
Brügge Belçika
Sevilya Ispaniya
Zenit Rusiya
Fiorentina İtaliya
Napoli İtaliya
Portu Portuqaliya
Dnepr Ukrayna
Dinamo Ukrayna

Son xəbərlər

Orphus sistemi