​Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

​Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək İlk oyun günündə 2 qarşılaşma keçiriləcək
Futbol
6 Avqust , 2016 07:05
​Bu gün Azərbaycan Premyer Liqasında yeni mövsümə start veriləcək

Bakı. 6 avqust. REPORT.AZ/ Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında 2016/2017 mövsümünə start veriləcək.

"Report"un məlumatına görə, mövsümün açılış turunun ilk oyun günündə 2 qarşılaşma keçiriləcək.

Futbol azarkeşləri ilk olaraq AZAL - "Neftçi" oyununu izləyə biləcəklər. Ötən mövsüm mükafatçılar sırasına düşə bilməyən və Avropa Liqasının II təsnifat mərhələsində məğlubiyyətlə üzləşən "Neftçi", bu dəfə daha iddialı çıxış etmək niyyətindədir. Heyətinə bir neçə futbolçu cəlb edən "ağ-qaralar" açılış oyununda səfər qələbəsi qazanmağa çalışacaq. Son mövsümdə Avrokubok şanslarını çempionatın sonlarında qaçıran AZAL, heyətində o qədər də dəyişikliyə əl atmayıb. Komandalar ölkə çempionatları tarixində bugünədək 30 dəfə qarşılaşıb. Bu oyunların 7-si "təyyarəçilər"in, 14-ü isə "Neftçi"in qələbəsi ilə yekunlaşıb. Qalan 9 oyunda heç-heçə qeydə alınıb.

Günün son oyununda ötən mövsüm Premyer Liqada debüt etməsinə baxmayaraq çempionatı ikinci pillədə başa vuran "Zirə" Sumqayıt şəhərinin eyniadlı klubunu qəbul edəcək. Komandalar cəmi 4 dəfə bir-birinə rəqib olub. "Zirə" son 3 matçda qalib gəlib. Tərəflərin ilk görüşündə isə sülh qeydə alınıb.

Azərbaycan Premyer Liqası, I tur

18:00. AZAL – "Neftçi"

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Ramil Diniyev, Rəvan Həmzəzadə

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim inspektor: Asim Xudiyev

Bakı. "AZAL Arena"

20:00. "Zirə" – "Sumqayıt"

Hakimlər: Orxan Məmmədov, Yaşar Abbasov, Mehman Mahmudov, Rövşən Rəcəbov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Ömər Paşayev

AFFA nümayəndəsi: Ramiz Abdullayev

Hakim inspektor: Füzuli Nəcəfov

Bakı. Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər iki oyunu 7-8 avqustda keçiriləcək.

Son xəbərlər

Orphus sistemi