Bakı. 30 yanvar. REPORT.AZ/ Futbol üzrə Azərbaycan Premyer Liqasında yaranmış qış fasiləsi bu gün rəsmən başa çatır. "Report"un məlumatına görə, 2015-ci ilin ilk qarşılaşmasında Bakının "İnter" klubu "Sumqayıt"ı qəbul edəcək.
Bununla da III dövrəyə start veriləcək. XIX turun açılış oyunu öncəsi "İnter" 29 xalla 2-ci, "Sumqayıt" 15 xalla 8-ci pillədə qərarlaşıb.
Qeyd edək ki, XIX tur yanvarın 31-də keçiriləcək AZAL - "Neftçi" oyunu ilə davam edəcək. Fevralın 1-də "Bakı" "Qəbələ"ni, "Simurq" "Xəzər Lənkəran"ı qəbul edəcək.