Bu gün Azərbaycan Premyer Liqasında gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər

Bu gün Azərbaycan Premyer Liqasında gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər Turun mərkəzi görüşləri paytaxtda baş tutacaq
Futbol
15 May , 2016 06:54
Bu gün Azərbaycan Premyer Liqasında gümüş və bürünc mükafatçılar müəyyənləşə bilər

Bakı. 15 May. REPORT.AZ/ Bu gün Azərbaycan Premyer Liqasında 33-cü turun oyunları keçiriləcək.

“Report”un məlumatına görə, matçların hamısı eyni saatda başlayacaq.

Turun mərkəzi oyunları paytaxtda keçiriləcək. Bunlar "Neftçi" - "İnter" və "Zirə" - "Kəpəz" matçlarıdır. "Zirə" qalib gələrsə, Premyer Liqada ilk mövsümünü gümüş medalçı kimi başa vurması sona 1 tur qalmış rəsmiləşəcək. "İnter"in isə bürünc medalçı olması bu turda dəqiqləşə bilər. Ancaq bunun üçün "bankirlər"in qələbə qazanması ilə yanaşı, ən yaxın izləyiciləri olan "Kəpəz"lə "Qəbələ"nin xal itirməsi lazımdır.

"Neftçi" kimi Avropa Liqasına düşmək uğrunda mübarizə aparan AZAL-ı "Qəbələ" ilə çətin səfər sınağı gözləyir. Premyer Liqada qalmaq uğrunda mübarizə aparan "Xəzər Lənkəran"la "Rəvan" ev oyunlarına çıxacaqlar. Sadəcə, fərq rəqiblərdədir. Belə ki, "Rəvan" çempion "Qarabağ"ı qəbul edəcəksə, "Xəzər Lənkəran"ın rəqibi iddiasız "Sumqayıt"dır.

15 may (bazar)

"Rəvan” – "Qarabağ”
Hakimlər: Elvin Əsgərov, Munis Abdullayev, Coşqun Həsənov, Orxan Məmmədov
AFFA nümayəndəsi: Eldar Qasımov
Hakim-inspektor: Əli Hüseynov
"Bayıl Arena”

"Xəzər Lənkəran” – "Sumqayıt”
Hakimlər: İnqilab Məmmədov, Vüqar Bayramov, Vüsal Qənbərov, Nail Nağıyev
AFFA nümayəndəsi: Rauf Hüseynli
Hakim-inspektor: Gülağa Cabarov
"Xəzər Lənkəran” mərkəzi stadionu

"Neftçi” – "İnter”
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Rəhim Həsənov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
Hakim-inspektor: Məlik Həsənov
"Əlincə Arena”

"Zirə” – "Kəpəz”
Hakimlər: Rauf Cabbarov, Zeynal Zeynalov, Nahid Əliyev, Rövşən Rəcəbov
AFFA nümayəndəsi: Arif Fərəcov
Hakim-inspektor: Murad Məmmədov
Zirə İdman Kompleksinin stadionu (CBC Sport, canlı)

"Qəbələ” – AZAL
Hakimlər: Rəvan Həmzəzadə, Yaşar Abbasov, Rahil Ramazanov, Mahir Məmmədov
AFFA nümayəndəsi: Maşallah Əhmədov
Hakim-inspektor: Vüsal Əliyev
Qəbələ şəhər stadionu

Qeyd: Turun bütün görüşləri saat 18:00-da başlanacaq.

Son xəbərlər

Orphus sistemi