Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyunlar keçiriləcək

Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyunlar keçiriləcək Şotlandiya Almaniyanı, Albaniya Portuqaliyanı qəbul edəcək
Futbol
7 Sentyabr , 2015 11:25
Bu gün AVRO-2016-nın seçmə qrup mərhələsində növbəti oyunlar keçiriləcək

Bakı. 7 sentyabr. REPORT.AZ/ Bu gün futbol üzrə AVRO-2016-nın seçmə qrup mərhələsində VIII turun növbəti oyunları keçiriləcək. "Report"un məlumatına görə, ikinci oyun günündə 3 qrupda 8 oyun baş tutacaq.

D qrupunda yer alan son dünya çempionu Almaniya millisi ötən tur Gürcüstana uduzmuş Şotlandiyanın qonağı olacaq. Qonşu ölkə isə İrlandiyanın qonağı olacaq. Türkiyəli referi Cüneyt Çakır F qrupunun Şimali İrlandiya - Macarıstan görüşünü idarə edəcək. İ qrupunda isə Albaniya - Portuqaliya matçı daha çox diqqət mərkəzində olacaq.

AVRO-2016

Seçmə qrup mərhələsi, VIII tur

7 sentyabr

D qrupu

23:45. Polşa - Cəbəllütariq

Baş hakim: Gediminas Majeyka (Litva)

Varşava, Milli Stadion

23:45. İrlandiya - Gürcüstan

Baş hakim: İştvan Vad (Macarıstan)

Dublin, "Aviva" stadionu

23:45. Şotlandiya - Almaniya

Baş hakim: Byörn Kuypers (Hollandiya)

Qlazqo, "Hempden Park"

Xal durumu: Almaniya - 16, Polşa - 14, İrlandiya - 12, Şotlandiya - 11, Gürcüstan - 6, Cəbəllütariq - 0.

F qrupu

23:45. Finlandiya - Farer adaları

Baş hakim: Martsin Borski (Polşa)

Helsinki, Olimpiya stadionu

23:45. Şimali İrlandiya - Macarıstan

Referee: Cüneyt Çakır (Türkiyə)

Belfast, "Vindzor Park"

23:45. Rumıniya - Yunanıstan

Baş hakim: Aleksey Kulbakov (Belarus)

Buxarest, Milli Arena

Xal durumu: Şimali İrlandiya - 16, Rumıniya - 15, Macarıstan - 12, Finlandiya - 7, Farer adaları - 6, Yunanıstan - 2.

İ qrupu

21:00. Ermənistan - Danimarka

Baş hakim: Sveyn Oddvar Moen (Norveç)

Yerevan, Vazgen Sarqsyan adına stadion, (ARM)

23:45. Albaniya - Portuqaliya

Baş hakim: Yonas Eriksson (İsveç)

Elbasan, "Elbasan Arena"

Xal durumu: Portuqaliya - 12 (5 oyuna), Danimarka - 11, Albaniya - 11 (5), Serbiya - 1, Ermənistan - 1. 

Son xəbərlər

Orphus sistemi