​Brüsseldə partlayış törədən terrorçu özünü futbolçu kimi təqdim edib

​Brüsseldə partlayış törədən terrorçu özünü futbolçu kimi təqdim edib İbrahim Maaraf "İnter"in futbolçusu olduğunu deyib
Futbol
29 Mart , 2016 14:04
​Brüsseldə partlayış törədən terrorçu özünü futbolçu kimi təqdim edib

Bakı. 29 mart. REPORT.AZ/ Belçikanın paytaxtı Brüsseldə terror aktı törədən Xalid Bakraui ilə bağlı maraqlı bilgi ortaya çıxıb. "Report"un "La Gazzetta Dello Sport"a istinadən verdiyi məlumata görə, metronu partladan terrorçu özünü İtaliyanın "İnter" klubunun sabiq futbolçusu İbrahim Maaraf kimi təqdim edib.

O, ötən il Yunanıstan vasitəsilə Belçikaya gəlib, ölkə sərhədindən isə İbrahim adı ilə keçib.

Qeyd edək ki, ötən mövsüm İbrahim Maaraf İtaliya birinci divizionunda çıxış edən "Paqaneze"nin formasını geyinib.

Son xəbərlər

Orphus sistemi