​"Brügge" - "Beşiktaş" matçından öncə yaşanan insidentdə jurnalist xəsarət alıb

​"Brügge" - "Beşiktaş" matçından öncə yaşanan insidentdə jurnalist xəsarət alıb O, "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıb
Futbol
13 Mart , 2015 09:38
​Brügge - Beşiktaş matçından öncə yaşanan insidentdə jurnalist xəsarət alıb

Bakı. 13 mart. REPORT.AZ/ Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində Belçikada keçirilən "Brügge" - "Beşiktaş" matçından öncə insident baş verib. "Report"un məlumatına görə, azarkeşlərlə polislər qarşı-qarşıya gəlib.

İnsident zamanı azarkeşlərdən birinin polisə atmaq istədiyi səki daşı Türkiyənin "İhlas" Xəbər Agentliyinin əməkdaşı Burak Ortahamcıların ayağına tuş gəlib. Sol ayağından ciddi zədə alan Ortahamcılar "Təcili tibbi yardım" maşını ilə xəstəxanaya aparılıb.

Qeyd edək ki, "Brügge" - "Beşiktaş" matçında meydan sahibləri 2:1 hesablı qələbə qazanıb.

Son xəbərlər

Orphus sistemi